image-5987932796250427314backend

İsraildə ərəb seçicilərin fəallığını artırmaq üçün xarici maliyyə iddiaları araşdırılır

İsrailin Mərkəzi Seçki Komissiyasının sədri, hakim Noam Solberq ərəb seçicilərin fəallığını artırmaq məqsədilə xaricdən qanunsuz maliyyə ayrılması ilə bağlı şübhələrin araşdırılması üçün Şin Betə göstəriş verib.

İNFOAZ.MEDİA xəbər verir ki, Məlumata görə, araşdırma xarici qüvvələrin İsraildə keçirilən parlament seçkilərinə təsir göstərmək üçün ərəb icmalarına böyük məbləğdə vəsait yönəltməsi ehtimalı ilə bağlıdır. İsrail mediasında Qətər və Türkiyənin bu işdə mümkün roluna dair iddialar səsləndirilib.

Solberq Şin Betin rəhbəri David Ziniyə müraciət edərək şübhələrin təsdiqlənməsi və ya təkzib olunması üçün araşdırma aparılmasını, nəticələr barədə isə bir həftə ərzində məlumat verilməsini istəyib.

Bununla belə, xarici dövlətlərin seçkilərə müdaxilə etdiyini təsdiqləyən rəsmi nəticələr hələ açıqlanmayıb. Qətər iddiaları rədd edib, İsrail polisi isə seçkilərdə sistemli pozuntularla bağlı irəli sürülən ittihamları təsdiqləyən sübutların olmadığını bildirib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki