image-5985487220397248671backend

Ərdoğan Trampa Türkiyənin Hörmüz boğazı və Yəməndəki vəziyyəti izlədiyini bildirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı Hörmüz boğazı və Yəməndəki vəziyyəti müzakirə edib.

İNFOAZ.MEDİA xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının məlumatına görə, Ərdoğan Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyənin daxil olduğu Məkkə Birgə Müdafiə Alyansının regiondakı vəziyyəti yaxından izlədiyini və problemlərin diplomatik yollarla həlli üçün çalışdığını bildirib.

Ərdoğan, həmçinin Rusiya ilə Ukrayna arasında diplomatik danışıqların bərpasına və müharibənin başa çatdırılmasına yönələn səylərə Türkiyənin dəstək verməyə hazır olduğunu vurğulayıb.

Telefon danışığında Ankara ilə Vaşinqton arasındakı münasibətlər, eləcə də regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tramp Türkiyə xalqını Respublika Günü münasibətilə də təbrik edib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki