Polşa Ukraynaya təxminən 50 milyon avro dəyərində yeni hərbi yardım paketi çərçivəsində iki MiQ-29 qırıcı təyyarəsi və müxtəlif döyüş sursatları təhvil verəcək.
İNFOAZ.MEDİA xəbər verir ki, Polşa Müdafiə Nazirliyinin Müdafiə Strategiyası və Planlaşdırılması Departamentinin rəhbəri Dariuş Lukovskinin sözlərinə görə, təyyarələrin Ukraynaya göndərilməsi barədə qərar artıq qəbul edilib və təhvilvermə yaxın vaxtlarda həyata keçiriləcək.
Məlumata əsasən, təyyarələrdən biri istismar müddətini başa vurub və ehtiyat hissələri üçün istifadə oluna bilər. Digəri isə uçuşlar üçün yararlıdır.
Hərbi yardım paketinə 155 və 152 millimetrlik artilleriya mərmiləri, F-16 qırıcılarının topları üçün döyüş sursatları, həmçinin “Piorun” daşınan hava hücumundan müdafiə sistemləri üçün raketlər də daxil olacaq.
Polşa Müdafiə Nazirliyi yeni yardım paketinin hazırlandığını təsdiqləyib. Qurum yardımın həcminin ölkənin təhlükəsizlik ehtiyaclarından və silahlı qüvvələrin imkanlarından asılı olacağını bildirib.
Jalə
























