makronbackend

Makron Fransanın tənəzzülə uğraması barədə iddiaları rədd etdi

Fransa Prezidenti Emmanuel Makron ölkəsinin tənəzzülə uğraması ilə bağlı iddiaları rədd edib.

İNFOAZ.MEDİA xəbər verir ki, Makron Fransanın son on ildə hərbi baxımdan xeyli gücləndiyini, müdafiə xərclərinin artdığını və strateji müstəqilliyinin möhkəmləndiyini bildirib. 

“Biz tənəzzülə uğramırıq. İnsanların sizə dediklərinə inanmayın. Bu gün ordumuz on il əvvəlkindən qat-qat güclüdür. Daha müstəqilik və Avropada daha güclü nüvə çəkindirmə imkanlarına sahibik”, – deyə Fransa lideri vurğulayıb.

Qeyd edək ki, Fransa 2027-ci ildə müdafiə büdcəsini 64 milyard avroya çatdırmağı planlaşdırır. Bu, Makronun 2017-ci ildə prezident vəzifəsinə başladığı dövrlə müqayisədə müdafiə xərclərinin iki dəfə artırılması deməkdir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki