Çin Kommunist Partiyası keçmiş Siyasi Büro üzvü Ma Sinszuy və yüksək rütbəli hərbi rəhbər Canq Yusya da daxil olmaqla, 33 vəzifəli şəxsin partiyadan xaric edilməsini təsdiqləyib. Bu barədə dövlət mediası məlumat yayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Partiyadan xaric edilənlər arasında keçmiş hərbi rəsmilərdən Liu Çjenli, yüksək vəzifəli diplomat Liu Ciançao, keçmiş sənaye naziri Cin Çjuanlon və Çinin Qiymətli Kağızlar üzrə Tənzimləmə Komissiyasının sabiq rəhbəri Yi Huiman da var.
Qərar Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beşinci plenumunda təsdiqlənib. Rəsmi açıqlamada bu şəxslərin partiyadan xaric edilməsinin səbəbləri barədə ətraflı məlumat verilməyib.
Bundan əlavə, ölkənin keçmiş maliyyə tənzimləyicisi rəhbəri Li Yunzenin partiyadaxili vəzifələrindən kənarlaşdırıldığı bildirilib
Rauf
























