image-israil-11backend

Qətər İsrail seçkilərinə müdaxilə iddialarını rədd etdi

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü ölkəsinin İsraildə keçirilən seçkilərə müdaxilə etməsi və nəticələrə təsir göstərmək məqsədilə maliyyə ayırması barədə iddiaları təkzib edib.

İNFOAZ.MEDİA xəbər verir ki, O, İsrailli siyasətçiləri və media nümayəndələrini dezinformasiya yaymaqda, siyasi uğursuzluqlarına görə Qətəri günahlandırmaqda ittiham edib.

Sözçü bildirib ki, əvvəlcə Qətəri İsrailin Baş naziri Benyamin Netanyahunu satın almaqda, daha sonra İsrailin solçu düşərgəsini, indi isə ərəb seçicilərin səslərinə təsir göstərməyə çalışmaqda ittiham ediblər.

“Bu iddialar doğru olsaydı, görünür, Qətər bütün İsrailə sahib olardı”, – deyə o vurğulayıb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki