image-5987932796250427281backend

İran ABŞ-yə məxsus 14-cü MQ-1 dronunu vurduğunu iddia edir

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazının şərqində ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, SEPAH-ın məlumatına görə, hadisə İranın Hörmüzqan vilayətində, Sirik sahilləri yaxınlığında baş verib. Dronun İranın yeni və müasir hava hücumundan müdafiə sistemi vasitəsilə zərərsizləşdirildiyi bildirilib.

İran tərəfi bunu ABŞ-yə məxsus 14-cü MQ-1 dronunun vurulması kimi təqdim edib.

Hadisə ilə bağlı ABŞ hərbi qüvvələri tərəfindən rəsmi təsdiq verilməyib. İranın iddiası müstəqil mənbələr tərəfindən də təsdiqlənməyib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki