image-5987932796250427378-1backend

Ukrayna Rusiyaya məxsus iki Su-34 qırıcı-bombardmançı təyyarəsini məhv etdiyini açıqladı

Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiyanın Volqoqrad vilayətində yerləşən Marinovka hərbi aerodromuna raket zərbəsi endirildiyini və nəticədə iki Su-34 qırıcı-bombardmançı təyyarəsinin məhv edildiyini bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Ukrayna tərəfinin məlumatına görə, hücum “Uzun Neptun” (Long Neptune) qanadlı raketi ilə həyata keçirilib. Təyyarələrin Volqoqrad vilayətinin Oktyabrski qəsəbəsi yaxınlığında yerləşən 11-ci qarışıq aviasiya alayının bazasında olduğu bildirilir.

Qeyd edək ki, Su-34 təyyarələri Rusiya ordusunun Ukrayna şəhərlərinə, cəbhə xəttindəki mövqelərə və hərbi obyektlərə idarəolunan aviasiya bombaları ilə zərbələr endirmək üçün istifadə etdiyi əsas vasitələrdən biridir.

Ukrayna tərəfi hücumun Rusiyanın hərbi aviasiya imkanlarını zəiflətməyə yönəldiyini bildirib. Təyyarələrin məhv edilməsi ilə bağlı məlumatlar hələlik Ukrayna mənbələrinə əsaslanır.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki