Elon Maskbackend

Mask Ukraynaya Starlink xidmətinə görə yüzlərlə dəfə artıq ödəniş etdirə bilər

“The Atlantic” nəşrinin araşdırmasına görə, İlon Maskın rəhbərlik etdiyi “SpaceX” şirkəti Ukraynanın mülki təyinatlı “Starlink” terminallarından hərbi məqsədlərlə istifadəsinə məhdudiyyətlər tətbiq edərsə, Kiyev daha bahalı “Starshield” xidmətinə keçmək məcburiyyətində qala bilər.

İNFOAZ.MEDİA xəbər verir ki, Məlumata görə, adi “Starlink” terminallarının aylıq xidmət haqqı təxminən 30 dollardan başlayır. Hərbi məqsədlər üçün nəzərdə tutulan “Starshield” xidmətinin qiyməti isə bir terminal üçün ayda 25 min dollara qədər çata bilər.

Bu qiymətlər arasındakı fərq Ukraynanın hərbi rabitə xərclərini kəskin artıra bilər. Bununla belə, 25 min dollar Ukrayna üçün elan edilmiş rəsmi tarif deyil, nəşrdə göstərilən mümkün maksimum qiymətdir.

Nəşr bildirir ki, Ukrayna cəbhəsində istifadə olunan 250 mindən çox “Starlink” terminalının böyük əksəriyyəti kommersiya təyinatlı cihazlardır. Ukrayna hərbçiləri bu sistemdən pilotsuz uçuş aparatlarının idarə edilməsi, komandanlıq və taktiki rabitə üçün istifadə edirlər.

Oktyabr ayında xidmətə tətbiq edilən məhdudiyyətlərin Ukrayna ordusunun bəzi əməliyyatlarına mane olduğu bildirilir. Daha sonra rabitə xidmətinin əvvəlki sürətinə qaytarıldığı açıqlanıb.

“The Atlantic” mümkün məhdudiyyətlərin Ukraynanı daha bahalı hərbi rabitə xidmətinə keçməyə sövq edə biləcəyini irəli sürür. Lakin “SpaceX” şirkətinin bu addımı məhz maliyyə məqsədilə atdığı təsdiqlənmiş fakt deyil. Mask isə məhdudiyyətləri mülki “Starlink” sistemindən hücum xarakterli hərbi əməliyyatlarda istifadənin yolverilməz olması ilə əsaslandırıb.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki