Fars körfəzi ölkələrinin neft tədarükü oktyabr ayında qısa müddətə müharibədən əvvəlki göstəriciləri üstələsə də, Brent markalı neftin qiyməti bir barel üçün 110 dollar ətrafında qalır. Bu barədə “Clash Report” məlumat yayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Məlumata görə, oktyabrın 18-dək olan həftədə Fars körfəzi vasitəsilə gündəlik neft axını 24 milyon bareli ötüb. Müharibədən əvvəl bu göstərici 23,3 milyon barel təşkil edirdi. Lakin oktyabrın 26-dək olan həftədə ixracın gündəlik həcmi ən azı 15,7 milyon barelə qədər azalıb.
Neft qiymətlərinin yüksək qalmasına ABŞ-nin İrana qarşı yeni hərbi əməliyyatlara başlaya biləcəyi ehtimalı, tanker daşımalarına yaranan təhlükələr və dünya üzrə neft ehtiyatlarının azalması təsir göstərir.
Bundan əlavə, Hörmüz boğazında gəmiçilik risklərinin artması sığorta və daşınma xərclərini yüksəldib. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, oktyabrın əvvəlində Fars körfəzindən Asiyaya xam neftin daşınma xərci müharibədən əvvəlki səviyyə ilə müqayisədə beş dəfədən çox artaraq bir barel üçün təxminən 36 dollara çatıb.
Analitiklər hesab edirlər ki, neft ixracının bərpası qiymətlərin dərhal aşağı düşəcəyi demək deyil. Regionda hərbi gərginliyin yenidən artması və ehtiyatların azalması bazarda qiymət təzyiqini saxlaya bilər.
Rauf
























