ABŞ-nin vitse-prezidenti Cey Di Vens Prezident Donald Trampın göstərişi ilə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezaiyə məktub göndərərək sülh danışıqlarının bərpasını təklif edib. Bu barədə “The Wall Street Journal” məlumat yayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, məktubun əsas məqsədinin gələn həftə ABŞ-də keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı mümkün yeni hərbi əməliyyatların qarşısını almaq üçün diplomatik imkanları yoxlamaq olduğu bildirilir.
Məlumata görə, tərəflər hələlik konkret sülh sazişi deyil, gələcək danışıqların çərçivəsi üzərində müzakirələr aparırlar. Vaşinqton İranın nüvə proqramı ilə bağlı güzəştlər tələb edir, Tehran isə iqtisadi məhdudiyyətlərin aradan qaldırılmasını və dərhal iqtisadi yardım göstərilməsini istəyir.
ABŞ Prezidenti Donald Tramp İranla bağlı hərbi əməliyyatların yenidən başlaya biləcəyini istisna etməyib. Bununla belə, diplomatik təmasların davam etdiyi bildirilir.
Jalə
























