image-5987932796250427251backend

Avropa Mərkəzi Bankının rəhbəri Kristin Laqard istefa verəcək

Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard 2027-ci il fevralın 7-də vəzifəsindən ayrılacaq. Bu barədə bankın oktyabrın 29-da yaydığı rəsmi məlumatda bildirilib.

İNFOAZ.MEDİA xəbər verir ki, Laqardın səlahiyyət müddəti 2027-ci ilin oktyabrında başa çatmalı idi. Beləliklə, o, vəzifəsini nəzərdə tutulan vaxtdan təxminən doqquz ay əvvəl tərk edəcək.

Onun xələfi Avropa İttifaqı müqavilələrində nəzərdə tutulan prosedura uyğun olaraq Avropa Şurası tərəfindən təyin ediləcək. Şuranın sədri Antonio Koşta yeni rəhbərin seçilməsi prosesinin dərhal başlanacağını açıqlayıb.

Kristin Laqard 2019-cu ilin noyabrından Avropa Mərkəzi Bankına rəhbərlik edir. Onun vaxtından əvvəl vəzifədən ayrılmasının səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki