image-5987932796250427408-1backend

Tramp Ərdoğanla telefon danışığı apardı

ABŞ Prezidenti Donald Tramp oktyabrın 29-da Türkiyə Respublikasının yaranmasının ildönümü münasibətilə Türk Dövlətləri Təşkilatının liderlərinin iştirakı ilə keçirilən şam yeməyi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Ərdoğan təşkilata üzv ölkələrin liderlərinin salamlarını Trampa çatdırıb və qurumun XIII Zirvə görüşünün Ankarada keçiriləcəyini bildirib.

ABŞ Prezidenti isə qarşıdakı sammitdə iştirak edəcək liderlərə uğurlar arzulayıb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki