image-5987932796250427278backend

Rusiya süni intellektlə idarə olunan yeni hücum dronlarını hazırlayır

Rusiya süni intellektlə idarə olunan yeni hücum dronlarını hazırlayır.

İNFOAZ.MEDİA xəbər verir ki, Ukraynanın hərbi rabitə üzrə eksperti Serhiy “Flash” Beskrestnov Rusiyanın yeni “Geran-5” pilotsuz uçuş aparatlarının saatda 1 000 kilometrədək sürət yığa bildiyini bildirib.

Onun sözlərinə görə, süni intellektlə təchiz edilən dronlar gələcəkdə operatorun birbaşa müdaxiləsi olmadan qatarları, anbarları və nəqliyyat vasitələrini müstəqil şəkildə aşkarlayıb hücum edə biləcək.

Beskrestnov Rusiyanın hədəfləri özü müəyyənləşdirən və müstəqil zərbələr endirən minlərlə drondan istifadə edə biləcəyi barədə xəbərdarlıq edib.

Ekspertin fikrincə, bu cür texnologiyaların tətbiqi döyüş meydanında pilotsuz uçuş aparatlarından istifadə imkanlarını əhəmiyyətli dərəcədə dəyişə bilər. Bununla belə, dronların göstərilən imkanları ilə bağlı məlumatlar müstəqil şəkildə təsdiqlənməyib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki