Ukraynanın maliyyə naziri Sergey Marçenkonun sözlərinə görə, Ukrayna gələn il üçün 32,6 milyard avroluq büdcə kəsiri ilə üzləşəcək və tammiqyaslı münaqişənin başlanğıcından bəri ən çətin maliyyə vəziyyətindədir.
Onun sözlərinə görə, Kiyev gələn il büdcə ehtiyaclarını ödəmək üçün əlavə maliyyə mənbələri tapmalıdır.
Marçenko Avropa Birliyini “qutudan kənarda düşünməyə” və təxminən 300 milyard dollarlıq dondurulmuş Rusiya aktivlərinin istifadəsi ilə bağlı müzakirələrə qayıtmağa çağırıb.
Nazir bu vəsaitlərin istifadəsi ilə bağlı hüquqi risklərin Aİ ölkələri arasında bölüşdürülməsini təmin edəcək bir planın nəzərdən keçirilməsini təklif etdi.
Kiyev ümid edir ki, bu mexanizm Ukraynanın dövlət xərclərini maliyyələşdirmək üçün əlavə resurslar cəlb edəcək.
Şəhla Sabirli
İNFOAZ.MEDİA
























