dron puabackend

Tramp administrasiyası Çindən gətirilən dronlara 100%-dək rüsum tətbiq edib

Donald Tramp administrasiyası xaricdən, xüsusilə Çindən idxal olunan dronlara 100%-dək gömrük rüsumu tətbiq edib. Qərarın məqsədi ABŞ-da dron istehsalını artırmaq və Çin istehsalından asılılığı azaltmaqdır.

İNFOAZ.MEDİA xəbər verir ki, 55 funtdan (təxminən 25 kq) ağır olan və ya termal görüntüləmə imkanına malik dronlara ən yüksək — 100%-lik rüsum tətbiq olunur. Daha kiçik dronlar üçün isə rüsum 25% müəyyən edilib.

Qərar polis, yanğınsöndürmə xidmətləri və Çin istehsalı dronlardan istifadə edən bizneslərin narazılığına səbəb olub. Sənaye nümayəndələri bildirirlər ki, ABŞ istehsalçıları hazırda yaranacaq tələbatı tam qarşılamaq gücündə deyil.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki