Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman sabah Qahirəyə səfər edərək Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşəcək.
İNFOAZ.MEDIA xəbər verir ki, görüşün əsas gündəmində Qırmızı dəniz və Bab əl-Məndəb boğazının təhlükəsizliyi, husilərin təhdidləri, İranın Körfəz ölkələrinə hücumları və İran müharibəsinin regiona daha geniş yayılmasının qarşısının alınması məsələləri olacaq.
Qeyd olunur ki, Misirin Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanmış Məkkə müdafiə ittifaqına qoşulması müzakirə gündəmində deyil. Misir bu üç ölkə ilə regional təhlükəsizlik üzrə görüşlərdə iştirak etsə də, avqustda imzalanan müdafiə sazişinə daxil olmayıb.
Səfər Yəməndə husilərin Bab əl-Məndəb istiqamətində irəlilədiyi və Səudiyyə Ərəbistanının enerji infrastrukturuna hücumların artdığı bir vaxtda baş tutur.
Rauf
























