Rusiyanın hərbi dairələrinə yaxınlığı ilə tanınan “Fighterbomber” teleqram kanalı Kursk vilayətində iki Su-35S qırıcısının havada toqquşduğunu bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, insident təlim uçuşu zamanı baş verib. Hadisənin səbəbləri və təyyarələrin vəziyyəti barədə əlavə məlumat verilməyib.
Qeyd edək ki, Su-35S Rusiyanın əsas çoxməqsədli qırıcı təyyarələrindən biridir.
Məlumatın müstəqil təsdiqi hələlik mümkün olmayıb.
Rauf
























