ProPublica-nın məlumatına görə, Rusiya Prezidenti Vladimir Putinə yaxın oliqarx Ömər Kremlyov Donald Tramp Jr.-ın may ayında Baham adalarında keçirilən toyuna yüz minlərlə dollar xərcləyib.
İNFOAZ.MEDIA xəbər verir ki, Kremlyov Dubayda yerləşən və Beynəlxalq Boks Assosiasiyası (IBA) ilə əlaqəli qurum vasitəsilə özəl adanın icarəsi, atəşfəşanlıq və digər böyük xərcləri qarşılayıb.
Təxminən 50 nəfərin iştirak etdiyi toy mərasimində Kremlyov və bir neçə digər Rusiya vətəndaşı da iştirak edib.
Donald Tramp Jr.-ın sözçüsü ödənişləri təkzib etməyib. O, Kremlyovun Tramp Jr.-ın şəxsi dostu olduğunu və onunla hər hansı biznes əlaqəsinin olmadığını bildirib.
Kremlyov Beynəlxalq Boks Assosiasiyasına rəhbərlik edir. Təşkilat Rusiyanın dövlət şirkəti “Qazprom”dan maliyyə dəstəyi alıb. Kremlyov toy mərasimindən qısa müddət əvvəl Vladimir Putin tərəfindən “Dostluq” ordeni ilə təltif edilib.
Rauf
























