Almaniyanın müdafiə naziri Boris Pistorius sentyabrın 15-də Vaşinqtonda ABŞ müdafiə naziri Pit Heqsetlə görüşəcək.
İNFOAZ.MEDİA xəbər verir ki, görüş Hegsethin daha əvvəl Pistoriusla görüşməkdən imtina etməsindən sonra baş tutacaq. Tərəflərin danışıqları ABŞ-Almaniya münasibətlərində yaranmış gərginlik fonunda keçiriləcək.
Pistoriusun səfəri Texasda Almaniyanın ilk F-35 qırıcılarının təhvil verilməsini qeyd edən mərasimlə də üst-üstə düşür.
ABŞ Prezidenti Donald Tramp may ayında Almaniyadan 5 min ABŞ hərbçisinin çıxarılmasına göstəriş vermişdi. Bu addım Almaniya kansleri Fridrix Merts tərəfindən ABŞ-ın İrana qarşı müharibəsinin tənqid edilməsindən sonra atılmışdı.
Rauf
























