Almaniyada uşaqların gələcək pensiya təminatı üçün yeni sistem yaradılır. Ölkədə 6 yaşından 18 yaşınadək uşaqların adına hər ay 10 avro (təxminən 20 manat) yığılması nəzərdə tutulur. “Frühstartrente” adlanan proqram çərçivəsində dövlətin ayıracağı vəsait maliyyə bazarlarına yatırılacaq və pensiya yaşınadək artırılmağa çalışılacaq. Proqramın 2027-ci ilin yanvarında başlaması planlaşdırılır. Almaniyanın bu addımı əhalinin yaşlanması və gələcəkdə pensiya sisteminin üzləşə biləcəyi çətinliklər fonunda uzunmüddətli maliyyə təminatına yönəlmiş tədbir kimi qiymətləndirilir.
Azərbaycanda da uşaqlar üçün oxşar pensiya yığım sisteminin yaradılması mümkündürmü?
İqtisadçı Natiq Cəfərli deyib ki, əslində, bu, maraqlı yanaşma və qaydadır:
İqtisadçı bildirib ki, eyni problem Azərbaycanda da müşahidə olunur:
“Hələ ki bizdə vəziyyət o qədər də kəskin deyil, amma doğuş sayı azalır, yaşlı insanların sayı artır və gənc nəslin sayının azalması gələcəkdə təqaüd fondu ilə bağlı müəyyən problemlər yarada bilər. Buna görə də yarana biləcək problemləri indidən müəyyənləşdirmək, vaxtında qabaqlayıcı tədbirlər görmək və müvafiq addımlar atmaq çox vacibdir”.// globalinfo.az













