image-starlink-09backend

Avropanın dörd nəhəng telekommunikasiya şirkəti Starlink-ə rəqib olmağa hazırlaşır

Avropanın ən böyük telekommunikasiya operatorları “Starlink”ə alternativ yaratmaq məqsədilə birgə təşəbbüs üzərində işləyirlər.

İNFOAZ.MEDİA xəbər verir ki, “Financial Times”ın məlumatına görə, “Deutsche Telekom”, “Orange”, “Telefónica” və “Vodafone” Avropa İttifaqının peyk rabitəsi üçün ayıracağı tezliklərə birgə iddiaçı olmaq imkanını araşdırırlar.

Təşəbbüsün əsas məqsədi smartfonlara birbaşa peyk bağlantısı təqdim etmək və Avropanın ABŞ peyk rabitəsi təminatçılarından asılılığını azaltmaqdır. Bu addım transatlantik münasibətlərdə artan gərginlik fonunda xüsusi əhəmiyyət daşıyır.

Şirkətlərin öz peyklərini kosmosa göndərmək əvəzinə yerüstü infrastruktur quracağı və artıq fəaliyyət göstərən peyk operatorlarından biri ilə əməkdaşlıq edəcəyi bildirilir.

Lakin təşəbbüsün qarşısında əsas çətinlik uyğun tərəfdaşın tapılmasıdır. Peyk rabitəsi bazarında ABŞ və Çin şirkətləri üstün mövqeyə malikdir. Avropanın “Eutelsat” şirkəti isə “Starlink”lə müqayisədə xeyli geridə qalır.

Layihənin həyata keçirilməsi Avropanın peyk rabitəsi sahəsində müstəqilliyini artırmaq və mobil rabitənin əhatə dairəsini genişləndirmək məqsədi daşıyır.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki