Avropanın nəhəng telekommunikasiya şirkətləri Starlink-ə rəqib yaratmaq istəyir.
İNFOAZ.MEDİA xəbər verir ki, Avropanın aparıcı telekommunikasiya operatorları ABŞ-ın “Starlink” peyk internet xidmətinə alternativ yaratmaq məqsədilə birgə təşəbbüsü müzakirə edirlər.
Məlumata görə, Almaniya Telekom, Orange, Telefonica və Vodafone Avropada mobil peyk rabitəsi üçün tezliklərin ayrılması ilə bağlı birgə təklif vermək imkanını araşdırırlar.
Təşəbbüsün məqsədi peyk rabitəsini mövcud mobil şəbəkələrə inteqrasiya etmək, xüsusilə rabitə əhatəsinin zəif olduğu ərazilərdə əlaqəni genişləndirmək və Avropanın xarici peyk xidmətlərindən asılılığını azaltmaqdır.
Şirkətlər öz peyk sistemlərini yaratmaq əvəzinə, mövcud peyk operatorlarından biri ilə əməkdaşlıq etməyi planlaşdırırlar. Hələlik tərəfdaş seçilməyib.
Layihə reallaşarsa, Avropada “Starlink”ə alternativ peyk rabitəsi xidmətlərinin inkişafına şərait yarada bilər. Bununla belə, birgə təkliflə bağlı yekun qərar hələ verilməyib.
Rauf
























