Almaniya Avstraliyadan “Boeing” şirkətinin MQ-28 “Ghost Bat” döyüş dronlarını sürətlə satın almaq planından imtina edib.
İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə “Die Welt” nəşri məlumat yayıb.
Məlumata görə, Bundesver ən azı 800 milyon avro dəyərində 12 və ya daha çox pilotsuz döyüş aparatı almağı nəzərdən keçirirdi. Məqsəd bu sistemləri 2029-cu ilədək istifadəyə vermək idi.
Lakin Almaniyanın müdafiə rəsmiləri mövcud sistemlərdən heç birinin ölkənin əməliyyat tələblərinə tam cavab vermədiyi qənaətinə gəliblər.
Buna görə də Berlin 2027-ci ildə alternativ sistemlərin rəqabətli qiymətləndirilməsinə başlayacaq. Prosesdə “Boeing”–“Rheinmetall” tərəfdaşlığı, “Airbus”–“Kratos” əməkdaşlığı və Almaniyanın “Helsing” startapı iştirak edə bilər.
Qərar Almaniya ordusunun yeni nəsil pilotsuz döyüş aparatlarını istifadəyə verməsini gecikdirə bilər. İlkin qiymətləndirmələrə görə, bu proses 2030-cu illərin əvvəllərinə qədər uzana bilər.
Jalə
























