image-5958405063594151970backend

Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstək məsələsini təxirə salıb

Misir parlamenti Prezident Əbdülfəttah əs-Sisinin Səudiyyə Ərəbistanını müdafiə etmək məqsədilə ölkə xaricinə hərbi qüvvə göndərməsinə icazə verilməsi ilə bağlı səsverməni oktyabrın 26-na təxirə salıb.

İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə deputatlara istinadən məlumat yayılıb.

Nümayəndələr Palatası bazar və bazar ertəsi günləri qapalı formatda fövqəladə iclaslar keçirib. Məlumata görə, deputatların əksəriyyəti təşəbbüsü dəstəkləsə də, bəziləri Misir ordusunun mümkün əməliyyatda hansı rol oynayacağı barədə əlavə məlumat tələb edib.

Misir Konstitusiyasına əsasən, ölkə silahlı qüvvələrinin xaricdə döyüş missiyasına göndərilməsi üçün parlament üzvlərinin ən azı üçdə ikisinin razılığı tələb olunur.

Əbdülfəttah əs-Sisi mümkün hərbi yerləşdirmənin yalnız müdafiə məqsədi daşıyacağını və Səudiyyə Ərəbistanının müraciətindən asılı olacağını vurğulayıb. Bununla belə, Ər-Riyad belə bir müraciətin edildiyini açıq şəkildə bəyan etməyib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki