image-menzil-2-768x403backend

Bu şəxslərə pulsuz mənzil veriləcək

Astara rayonunda əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün mənzillər tikiləcək.

Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq prosedur yekunlaşıb.

Belə ki, layihə çərçivəsində rayonda 37 ədəd ikiotaqlı və 37 ədəd birotaqlı mənzil satın alınacaq.

Bağlanmış müqavilənin və ümumi layihənin dəyəri 3 milyon 428 min 932 manatdır.

Qeyd edək ki, Azərbaycanda şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə (xüsusilə I qrup əlilliyi olan şəxslərə və qazilərə) dövlət tərəfindən pulsuz mənzil və ya fərdi ev verilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki