image-69a9650a-dde8-41a7-8fe0-12ed6a367695backend

Albaniyada etirazlar şiddətlənib: Tirana polis bölməsi yandırılıb

Albaniyanın paytaxtı Tiranada hökumət əleyhinə etirazlar zamanı maskalı şəxslər 3 saylı polis bölməsinə “Molotov” kokteylləri, fişənglər və daşlarla hücum ediblər. Hücum nəticəsində binanın birinci mərtəbəsində yanğın baş verib, çevik polis qüvvələri isə geri çəkilməyə məcbur olub.

İNFOAZ.MEDİA xəbər verir ki, hadisə bazar günü baş verib.

Albaniya polisinin rəhbəri Skënder Hita hücum zamanı təxminən 10 polis əməkdaşının yaralandığını bildirib. Daha sonra yanğınsöndürənlər alovu söndürüblər.

Hadisə Baş nazir Edi Ramanın istefasını tələb edən hökumət əleyhinə etirazların altıncı günü baş verib. Aksiyalar zamanı banklarda və Ali Məhkəmənin girişində də yanğınlar qeydə alınıb.

Paytaxtda baş verən hadisələr ölkədə siyasi gərginliyin artdığını göstərir.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki