Özbəkistan və ABŞ enerji, faydalı qazıntılar, nəqliyyat, maliyyə və texnologiya sahələrini əhatə edən, ümumi dəyəri təxminən 12 milyard dollar olan 54 saziş imzalayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, sazişlər ABŞ dövlət katibi Marko Rubionun Səmərqəndə səfəri çərçivəsində imzalanıb. Rubio Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirləri ilə danışıqlarda iştirak etmək üçün 200-dən çox amerikalı iş adamından ibarət nümayəndə heyətinə rəhbərlik edir.
Bununla yanaşı, Özbəkistan kosmosun tədqiqi sahəsində beynəlxalq əməkdaşlığı nəzərdə tutan NASA-nın “Artemis” sazişlərinə qoşulub. Bununla ölkə sənədi imzalayan 77-ci dövlət olub.
ABŞ-ın Mərkəzi Asiyada iqtisadi mövcudluğunu genişləndirməsi regionun zəngin təbii ehtiyatları ilə bağlı maraqları ilə əlaqələndirilir. Vaşinqton kritik mineralların tədarük zəncirini şaxələndirməyə, eyni zamanda regionda Çin və Rusiyanın təsirinə qarşı iqtisadi mövqelərini gücləndirməyə çalışır.
Rauf
























