image-5958405063594151994backend

Rusiyanın Arktika marşrutu ilə neft ixracı 50%-ə yaxın artıb

Rusiyanın Arktika marşrutu ilə Asiyaya neft ixracı ötən ilin göstəricisini təxminən 50% üstələyib.

İNFOAZ.MEDİA xəbər verir ki, Clash Report-un məlumatına görə, iyuldan oktyabrın ortalarınadək Şimal dəniz marşrutu ilə Asiyaya təxminən 20 milyon barel Rusiya nefti daşınıb. Ötən ilin bütün naviqasiya mövsümündə bu göstərici 13 milyon barel təşkil edib.

Məlumata görə, Süveyş kanalı, Hörmüz boğazı və Qara dəniz ətrafındakı daşımalarla bağlı problemlər Arktika marşrutunun cəlbediciliyini artırıb. Qlobal tanker daşımalarının bahalaşması da Rusiyanın bu istiqamətə marağını gücləndirib.

Ticarət mənbələrinin qiymətləndirməsinə əsasən, naviqasiya mövsümünün sonunadək marşrutla daha 5–10 milyon barel neft daşına bilər. Bu halda ümumi həcm 25–30 milyon barelə çata bilər.

Şimal dəniz marşrutu Rusiyanın qərb limanlarını Arktika suları vasitəsilə Asiya bazarları ilə birləşdirir. Bu yol ənənəvi marşrutlarla müqayisədə bəzi daşımaların müddətini azaltsa da, buz təhlükəsi və buzqıran gəmilərə ehtiyac səbəbindən əlavə risklər yaradır.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki