image-5958405063594151967backend

Netanyahu Ben-Qvirin növbəti hökumətdə yüksək vəzifə tutacağını bildirib

İsrailin Baş naziri Benyamin Netanyahu oktyabrın 27-də keçiriləcək seçkilər ərəfəsində İtamar Ben-Qvirin növbəti hökumətdə yüksək vəzifəli nazir olacağını açıqlayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Netanyahu bu bəyanatı Ben-Qvirin hökumətdə kənarda saxlanıldığı barədə iddialarına cavab olaraq verib.

“Bu cür iddialara inanmayın. O, hökumətimizdə yüksək vəzifəli nazir olacaq”, – Netanyahu bildirib.

Ben-Qvir daha əvvəl Netanyahunun ofisinin Avropa İttifaqı ölkələrinə onun yeni hökumətə daxil edilməyəcəyinə dair təminat verdiyini iddia etmişdi. Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası isə bu məlumatı “siyasi məqsədli yalan iddia” adlandıraraq təkzib edib.

Netanyahu artıq müdafiə və milli təhlükəsizlik naziri vəzifələrinin Ben-Qvirə verilməyəcəyini bildirib. Onun sözlərinə görə, hər iki nazirlik “Likud” partiyasının nəzarətində qalacaq.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki