Netanyahubackend

Netanyahu: Klinton 1996-cı ildə mənə “Bizi məğlub etdin” dedi

İsrailin Baş naziri Benyamin Netanyahu 1996-cı ildə ilk dəfə seçildikdən sonra ABŞ-ın sabiq Prezidenti Bill Klintonla arasında baş tutan telefon danışığı barədə danışıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Netanyahu bildirib ki, Klinton onu qələbə münasibətilə təbrik edərək belə deyib:

“Təbriklər, Bibi. Sən bizi məğlub etdin. Səni hakimiyyətdən uzaqlaşdırmaq üçün əlimizdən gələni etdik, amma sən qalib gəldin”.

İsrailin Baş naziri əlavə edib ki, digər ABŞ prezidentləri bunu açıq şəkildə deməsələr də, onu məğlub etmək və hakimiyyətdən uzaqlaşdırmaq məqsədilə seçki kampaniyası qruplarını İsrailə göndəriblər.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki