image-kulek-1-7backend

Küləkli hava neçə gün davam edəcək?

“Küləkli hava şəraiti sabah gündüz saatlarında tədricən zəifləyəcək”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

“Hazırda Bakıda və Abşeron yarımadasında hökm sürən küləkli hava şəraitinin oktyabrın 20-ci gündüz saatlarınadək davam edəcəyi proqnozlaşdırılır. Havanın maksimal temperaturunun 20-23 dərəcə isti olacağı gözlənilir”, – deyə G.Məmmədova bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki