Albaniya Baş naziri Edi Ramabackend

Edi Rama: Albaniyadakı etirazlarda Rusiya və İranın təsiri olub

Albaniyanın Baş naziri Edi Rama ölkədə keçirilən etirazların sosial şəbəkələrdə xarici təsirlərlə müşayiət olunduğunu iddia edib.

İNFOAZ.MEDİA xəbər verir ki, O bildirib ki, “Flaminqo inqilabı”nın ilk günlərindən etibarən ictimai narazılıq sosial şəbəkələrdə Rusiyanın təsir dalğası ilə müşayiət olunub.

Ramanın sözlərinə görə, təbiəti qorumaq istəyən albanlar kimi görünmək məqsədilə on minlərlə saxta profil yaradılıb.

Baş nazir həmçinin İranı Albaniyada təbiətin qorunması adı altında insanları səfərbər etməkdə ittiham edib.

“Bütün bunlar necə təsadüf ola bilər? Bunlar təsadüf deyil. Burada heç nə təsadüfi deyil”, – deyə Edi Rama vurğulayıb.

Qeyd edək ki, bu fikirlər Albaniya hökumət başçısının iddialarıdır. Onların doğruluğunu təsdiqləyən müstəqil sübutlar təqdim olunmayıb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki