Netanyahubackend

Netanyahu: “İsrailə qarşı yeni hücum olarsa, daha ağır zərbələr endirəcəyik”

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, ölkəsi Livanın “təhlükəsizlik zonası”nda terror infrastrukturunu məhv etməyə davam edəcək.

İNFOAZ.MEDIA xəbər verir ki,  Netanyahu qeyd edib ki, İsrail dövlətinə yönələn istənilən təhlükəni aradan qaldırmaq siyasətini davam etdirəcək.

“Düşmənlərimizə deyirəm: əgər indiyədək dərs almamısınızsa və yenidən bizə hücum etmək qərarına gəlsəniz, daha ağır zərbələr alacaqsınız”, – Netanyahu bildirib.

O əlavə edib ki, qarşıda görüləsi işlər hələ var və İsrail onları başa çatdıracaq.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki