Netanyahubackend

Netanyahu: “İran rejimini devirmək imkanımız olduğuna əminəm”

İsrailin Baş naziri Benyamin Netanyahu İran rejimini devirməyin mümkün olduğunu və bunun ölkəsinin qarşısında duran əsas vəzifə olaraq qaldığını bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, “Bu təhlükəni birdəfəlik aradan qaldırmaq, yəni bu rejimi devirmək imkanımıza əminəm. Qarşımızda hələ də duran əsas missiya budur. Bu, uzaqda deyil. Mümkünsüz deyil, əlimizin çatacağı məsafədədir”, – Netanyahu deyib.

O, İranın İsrailə qarşı hücumlarının səbəbsiz olmadığını bildirərək ölkəsinin hərbi gücünə və qətiyyətinə diqqət çəkib.

“Ümumilikdə düşmənlərimizə deyirəm: bizimlə oyun oynamayın. Əgər nəsə öyrənmisinizsə, bizimlə oyun oynamayın”, – İsrail Baş naziri əlavə edib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki