image-thumbs_b_c_8c230844c166fef5af54860546b036d5-1backend

Narışkin Avropa liderlərinə xəbərdarlıq etdi

Avrasiya regionunda genişmiqyaslı münaqişə riski olduqca realdır və ciddi narahatlıq doğurur. Bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin MDB ölkələrinin təhlükəsizlik və kəşfiyyat qurumları rəhbərlərinin görüşündə bildirib.

Onun sözlərinə görə, Avropa liderləri “nəzarət altında gərginləşmə”yə və aqressivlik strategiyasına güvənirlər. Narışkin eskalasiyanın daha da artmasının qarşısını almağa, kollektiv təhlükəsizlik sistemlərini gücləndirməyə və dialoq mexanizmlərini inkişaf etdirməyə çağırıb.

SVR rəhbəri həmçinin bildirib ki, Avropa cəmiyyəti genişmiqyaslı müharibəyə hazır deyil və siyasətçilər hərbi xərcləri artırmaq və sənayeni müharibə vəziyyətinə gətirmək üçün “Şərqdən gələn təhlükə mifindən” istifadə edirlər.

Şəhla Sabirli

İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki