makronbackend

Makron: Süni intellekt insan yaradıcılığını heç vaxt əvəz edə bilməz

Fransa Prezidenti Emmanuel Makron süni intellektin müəllifləri, yaradıcı şəxsləri və səs aktyorlarını əvəz edən vasitəyə çevrilməsinin böyük səhv olacağını bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Makronun sözlərinə görə, hesablama imkanlarını yaradıcılıq qabiliyyəti ilə eyniləşdirmək düzgün deyil.

“Süni intellekt yaradıcılığın necə göründüyünü təqlid edə bilər, lakin insan yaradıcılığının bənzərsizliyini heç vaxt əvəz edə bilməz”, – deyə Makron bildirib.

O qeyd edib ki, süni intellekt insan emosiyalarını təqlid edə, müxtəlif dillər yarada və yaradıcılığın zahiri görünüşünü təkrarlaya bilər. Lakin bunun mahiyyət etibarilə insana məxsus emosiyaların təqlidi olduğunu vurğulayıb.

Makron hesab edir ki, əsas vəzifə süni intellekti “humanistləşdirmək” və onu kollektiv yaradıcılığın xidmətinə yönəltməkdir.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki