makronbackend

Makron: Fransada beynəlxalq videooyun festivalı keçiriləcək

Fransa Prezidenti Emmanuel Makron videooyunların müasir dövrün əsas yaradıcı sahələrindən birinə çevrildiyini bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki,  Onun sözlərinə görə, videooyunlar təsviri incəsənət, yazı, musiqi, dizayn və texnologiyanın kəsişməsində formalaşan mühüm mədəniyyət nümunəsidir.

Makron qeyd edib ki, videooyunlar Fransanın mədəniyyətinin bir hissəsidir və kino və digər yaradıcı sahələr kimi ölkənin “mədəni istisna” siyasətinə daxil edilməlidir.

“Buna görə də beynəlxalq videooyun festivalı yaradacağıq. Festival yaradıcılıq, innovasiya, oyunçular və sənaye nümayəndələri üçün böyük qlobal toplantı olacaq”, – deyə Makron bildirib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki