İran ABŞ-a xəbərdarlıq edib ki, İsrail Livanın cənubundakı Əli əl-Tahir silsiləsinə genişmiqyaslı hücum edəcəyi təqdirdə Tehran böyükmiqyaslı cavab zərbəsi endirəcək.
İNFOAZ.MEDİA xəbər verir ki, Reuters-in danışdığı üç mənbənin məlumatına görə, İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) hərbçiləri sözügedən ərazidə Hizbullah döyüşçüləri ilə birlikdə yerləşir. Məlumatda 12-dən çox SEPAH üzvünün, o cümlədən ən azı iki yüksək rütbəli zabitin bölgədə olduğu bildirilir.
Əli əl-Tahir silsiləsi strateji əhəmiyyətli ərazi hesab olunur. Hizbullahın burada yeraltı komanda mərkəzi və silah anbarları yaratdığı bildirilir. İsrail ordusu isə silsiləni əsas əməliyyat istiqamətlərindən biri kimi müəyyən edib və ərazini mühasirədə saxlayır.
Hizbullah İsrailin genişmiqyaslı hücumunun tammiqyaslı müharibənin yenidən başlamasına səbəb ola biləcəyini və İsrailin şimalına raket zərbələrinin endirilə biləcəyini açıqlayıb.
Rauf
























