ABŞ-ın Strateji Neft Ehtiyatlarında (SPR) neftin həcmi 285 milyon barrelə enib. Bu, 1982-ci ilin noyabrından bəri qeydə alınan ən aşağı göstəricidir. Hazırkı ehtiyat ABŞ-ın ümumi saxlama gücünün təxminən 40%-ni təşkil edir.
İNFOAZ.MEDIA xəbər verir ki, son dörd ildə ehtiyatdan iki böyük həcmdə neft çıxarılıb. 2022-ci ildə Co Bayden administrasiyası Rusiyanın Ukraynaya müdaxiləsindən sonra təxminən 180 milyon barrel nefti ehtiyatdan bazara buraxmışdı.
2026-cı ildə isə Donald Tramp administrasiyası İranla müharibə və Hörmüz boğazında yaranan böhran fonunda 172 milyon barrel neftin SPR-dən buraxılmasına qərar verib. ABŞ Energetika Nazirliyi bu qərarın mart ayında qəbul edildiyini açıqlayıb.
Beləliklə, 2026-cı ilin əvvəlində təxminən 415 milyon barrel olan ehtiyat hazırda 285 milyon barrelə qədər azalıb. Bu isə ilin əvvəlindən təxminən 130 milyon barrel və ya 31% azalma deməkdir.
Reuters-in məlumatına görə, ehtiyatın azalması ABŞ-ın enerji təhlükəsizliyi imkanları ilə bağlı narahatlıqları artırır.
Rauf
























