Kanadanın Baş naziri Mark Karni ABŞ ilə ticarət danışıqları zamanı qarşı tərəfin Kanadanın fransız dilini və mədəniyyətini qorumaq və təşviq etmək imkanlarını məhdudlaşdırmağa çalışdığını bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, “Son anda belə onlar bizim fransız dilini və mədəniyyətimizi qorumaq və təşviq etmək imkanımıza məhdudiyyətlər qoyulmasının tərəfdarı idilər. Onlar digər ölkələrlə gələcək ticarət sazişlərimizdə də söz sahibi olmaq istəyirdilər”, – Karni deyib.
O bildirib ki, qarşı tərəf Kanadadan həddindən artıq çox şey tələb edib, lakin əvəzində çox az təklif verib.
“Ədalətli razılaşma masada olmadığı üçün düzgün seçim etdik – pis razılaşmadan imtina etdik”, – Kanada Baş naziri vurğulayıb.
Karni əlavə edib ki, bir çox sahədə qarşı tərəf əsl iqtisadi tərəfdaşlıq deyil, Kanadanın asılı vəziyyətdə qalmasını istəyib.
Rauf
























