İsrailin Diaspor məsələləri üzrə naziri Amixay Çikli Avropadakı bəzi siyasi və ictimai elitaların radikal post-millətçi mövqelərə sürükləndiyini bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Çiklinin sözlərinə görə, Avropada müəyyən elita qrupları islamçı millətçilik, fələstinlilər və HƏMAS-la faktiki olaraq eyniləşdirilən mövqelərə yaxınlaşıb.
“Bu hərəkatlar İsrail dövlətinə qarşı çox, çox düşməndir”, – deyə nazir vurğulayıb.
Çikli həmçinin qeyd edib ki, İsraildə və xaricdəki milli qüvvələrin əməkdaşlığı bəzi dairələri narahat edir. O, İspaniyanın “Vox” partiyasını, Fransanın Milli Birlik (National Rally) partiyasını və digər siyasi qüvvələri buna nümunə göstərib.
Nazir bildirib ki, bu qüvvələrin bir araya gələrək birgə fəaliyyət göstərməsi müəyyən dairələrdə ciddi narahatlıq yaradır.
Rauf
























