Ərdoğanbackend

Ərdoğan: Türkiyə yüksəlişdə olan ölkədir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin tarixi və mədəni irsi, eləcə də böyük iqtisadi və insan potensialı ilə yüksəlişdə olan dövlət olduğunu bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Ərdoğan qeyd edib ki, türk xalqı vaxtilə üç qitəyə yayılan böyük imperiyanın varisidir. Onun sözlərinə görə, Türkiyənin geniş coğrafiya ilə tarixi və qohumluq əlaqələri mövcuddur.

“Bugünkü dünyada cəmiyyətlər arasında əlaqələrin dərinləşdirilməsinin, ticarət və mədəni münasibətlərin gücləndirilməsinin nə qədər vacib olduğunu çox yaxşı bilirik”, – deyə Ərdoğan bildirib.

Türkiyə Prezidenti vurğulayıb ki, bu yanaşma əsasında ölkəsinin xarici siyasətində bütün dövlətlərlə münasibətləri inkişaf etdirməyə çalışır.

Ərdoğan əlavə edib ki, bu siyasətdə Türkiyə və onun maraqları mərkəzdə dayanır.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki