image-zelenski-yenibackend

Zelenski – Nüvə obyektlərinin hədəfə alınması….

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya tərəfinin hərəkətlərini tənqid edib.

İNFOAZ.MEDİA xəbər verir ki, Zelenski bildirib ki, Rusiyanın nüvə obyektlərinə yaxın və ya nüvə infrastrukturu ətrafında həyata keçirdiyi hücumlar “son dərəcə təhlükəli və məsuliyyətsiz” addımlardır. Onun sözlərinə görə, belə hücumlar təkcə Ukrayna üçün deyil, bütün region üçün ciddi risk yaradır.

Prezident vurğulayıb ki, nüvə obyektlərinin hədəfə alınması beynəlxalq təhlükəsizlik qaydalarına ziddir və bu cür davranışlar qəbuledilməzdir.

Ukrayna rəhbərliyi beynəlxalq ictimaiyyəti bu məsələyə daha sərt reaksiya verməyə çağırır.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki