image-1778045994_5465519955349541563backend

Zaxarova: “Rusiya Ukrayna üzrə danışıqlardan imtina etmir”

Rusiya Ukrayna ilə bağlı danışıqlardan imtina etməyib və konkret nəticələrə gətirib çıxara biləcək təmaslara hazırdır.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “RIA Novosti” agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Moskva real nəticələr verə biləcək danışıqlar prosesinə və təmaslara açıqdır. Zaxarova qeyd edib ki, hazırda Ukrayna üzrə danışıqlara cavabdeh olan ABŞ nümayəndələri Yaxın Şərqdə baş verən hadisələrlə məşğuldurlar.

“Bir daha vurğulayıram ki, biz öz tərəfimizdən danışıqlar prosesindən, təmaslardan və bəyan etdiyimiz nəticəyə yönəlmiş görüşlərin keçirilməsindən imtina etməmişik”, – deyə o, əlavə edib.// KONKRET.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki