Ötən gün Zaur Kamalın ARB kanalında yeni layihəsinin yayımlanacağı barədə məlumat vermişdik. Yayılan xəbərdə Zaur Kamal verilişi özünün aparacağını rəsmi şəkildə təsdiqləmişdi. Daha sonra kanalın direktor müavini Vüsalə Vəliyeva saytımıza özəl açıqlama verərək yeni layihənin olacağını, lakin Zaurun efirdə olmayacağını bildirmişdi.
Manset.az-ın əldə etdiyi məlumata görə, ARB-də Zaur Kamalın verilişinin yerinə yayımlanacaq layihənin adı “Axşam 7″də olacaq. Proqramı tanınmış xanəndə, “Xalq ulduzu” yarışmasının iştirakçısı Gülzar Fərəcova aparacaq. Verilişin konsepsiyası milli musiqinin daha geniş təbliği və keçmişdən bu günə qədər qorunan adət-ənənələrin tanıdılmasına yönələcək.
Qeyd edək ki, ötən ay tanınmış aparıcılar Zaur Baxşəliyevin təqdimatında olan “Bizimləsən” və Zaur Nəbioğlunun “Rəngarəng” verilişləri, eləcə də, Xoşqədəm Hidayətqızı və Zaur Kamalın proqramları efirdən çıxarılıb.























