image-6014670780144225388backend

Yunanıstana məxsus hərbi helikopter təcili eniş edib

Bu gün səhər saatlarında Agusta-Bell AB-205 tipli helikopter Yunan Hava Qüvvələri tərkibində uçuş həyata keçirərkən texniki nasazlıq səbəbilə təcili eniş edib.

İNFOAZ.MEDİA xəbər verir ki, hadisənin Krit adasında baş verdiyi bildirilir. İlkin məlumata görə, ekipaj nasazlığı vaxtında aşkar edərək helikopteri təhlükəsiz şəkildə yerə endirməyə nail olub.

İnsident nəticəsində xəsarət alanların olub-olmaması barədə rəsmi açıqlama verilməyib. Hadisənin detalları və texniki problemin səbəbləri ilə bağlı araşdırmaların aparıldığı qeyd olunur.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki