Almaniyanın Hessen əyaləti İsrailə dair mübahisəli yeni qanun təşəbbüsü ilə çıxış edib.
İNFOAZ.MEDİA xəbər verir ki, əyalət hökuməti “İsrailin mövcudluq hüququnun inkarını” cinayət əməli kimi tanıyan qanun layihəsi təklif edib. Layihəyə əsasən, bu cür ifadələrə görə 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Təşəbbüs Almaniyada söz azadlığı və siyasi ifadə sərhədləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Qanun layihəsinin hazırda müzakirə mərhələsində olduğu bildirilir.
Jalə
























