image-6044029888089493131backend

Yeni konstitusiya gərginliyi artırdı: Koreyada diplomatik dönüş

Şimali Koreya yeni konstitusiya dəyişiklikləri ilə bağlı mühüm qərarlar qəbul edib.

İNFOAZ.MEDİA xəbər verir ki, yenilənmiş konstitusiyada Koreya yarımadasının birləşdirilməsi ilə bağlı əvvəlki ifadələr tamamilə çıxarılıb və əvəzinə ölkənin ərazisi Çin, Rusiya və cənubda Cənubi Koreya ilə sərhəd kimi müəyyən edilib.

Dəyişikliyə əsasən, bu addım Kim Çen İn tərəfindən irəli sürülən “iki düşmən dövlət” doktrinasının hüquqi şəkildə təsdiqlənməsi kimi qiymətləndirilir.

Yeni konstitusiya həmçinin Kim Çen İn-in dövlət başçısı statusunu və nüvə silahları üzərində birbaşa komanda səlahiyyətini rəsmən təsbit edir.

Bu dəyişikliklərin Koreya yarımadasında uzun illərdir davam edən birləşmə perspektivinə dair siyasətdə ciddi dönüş nöqtəsi olduğu bildirilir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki