image-gettyimages-2270878730-jpgbackend

Yamal Fələstin bayrağı QALDIRDI

İspaniyanın “Barselona” klubunun gənc ulduzu Lamine Yamal komandanın çempionluq paradı zamanı diqqət mərkəzinə düşüb.

İNFOAZ.MEDİA xəbər verir ki, “Barselona”nın La Liqada qazandığı 29-cu çempionluğun qeyd edilməsi üçün təşkil olunan açıq avtobus paradında azarkeşlərdən biri futbolçuya Fələstin bayrağı təqdim edib.

Kadrlarda Lamine Yamalın bayrağı qəbul edərək azarkeşləri salamladığı əks olunub. Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, “Barselona” bu mövsüm La Liqa çempionluğunu vaxtından əvvəl təmin edib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki